Ət Qutabı
Ət qutabı Azərbaycanın şimal-qərb bölgələrində, xüsusilə Balakən rayonunda geniş yayılmış ənənəvi yeməkdir. Sacda bişirilməsi ilə xarakterizə olunur.

Tərkib və addımlar
9 məhsul
Tarixi qeyd
Ət qutabı Azərbaycanın şimal-qərb bölgələrində, xüsusilə Balakən rayonunda geniş yayılmış ənənəvi yeməkdir. Sacda bişirilməsi ilə xarakterizə olunur.
5 addım
Xəmirin hazırlanması: Böyük bir qaba un əlavə olunur, duz vurulur qarışdırılır. Unun içində yuva açılır, su az-az əlavə olunmaqla xəmir halını tutanadək əllə qarışdırılır. Xəmir formasına gəldikdə sonra üzərinə un səpilmiş yuxa yayan taxtanın üzərində 10 dəqiqə yoğrulur. Yoğurarkən ələ yapışmasın deyə tez-tez un səpilir. Yoğrulmuş xəmir 12 bərabər ölçülü hissələrə bölünüb əllə kündələnməlidir. Bir kündəylə işlərkən digərlərinin üzərini dəsmalla örmək lazımdır ki, kündələr qurumasın.
İçliyin hazırlanma qaydası: Bir qaba içlik üçün lazım olan ərzaqlar tökülür və yaxşıca qarışdırılır. Əgər lavaşana əvəzinə nar dənələri istifadə olunacaqsa o zaman ərzaqları elə qarışdırmaq lazımdır ki, narlar əzilməsin.
Yuxanın yayılması: Kündənin biri üzəri bir qədər unlanmış yuxayayan taxtanın üzərinə qoyulur və üstünə də bir qədər un səpilir. Kündə əllə basılıb yastılanır və oxlovla açılır. Diametri təxminən 12 sm olanadək xəmiri fırladaraq oxlovlar açmaq lazımdır. Sonra isə açılmış xəmirin üzərinə yenə azca un səpilir və əllə xəmirin üzərinə tam yayılır. 25 sm ölçüsündə dairə alınanadək yuxa açılmalıdır.
İçliyin doldurulması: Hazır yuxanın üzərinə yarıyadək ətli içlik qoyulub yayılır. İçlik sıx, lakin nazik olmalıdır. Sonra yuxanın digər yarısı ətli içliyin üzərinə qatlanıb, kənarları barmaqla ehmalca basılaraq bitişdirilir.
Bişirmə: Qutablar sacda/tavada bişirilir. Öncədən qızdırılmış sac yaxud yapışmayan tavada qutabın növbə ilə əvvəl bir, sonra isə digər tərəfi üzərində zərif qəhvəyi qabarcılar əmələ gələnədək qızardılır. Hazır bişmiş qutablar boşqaba qoyulur və elə isti halda üzərinə fırça ilə yağ çəkilir. Qutablar bu qayda ilə qızardılıb yağlanaraq bir boşqabda üst-üstə yığılır. Sonda üzərinə sumaq səpilib süfrəyə verilməlidir.
İsti halda, üzərinə sumaq səpilərək və ayranla təqdim edilir.
Bu dadları peşəkar servis ilə yaşamaq istəyirsinizsə, növbəti addım tədbir planlamasıdır.
Xidmətlərimizlə bu dadları tədbirinizdə yaşadın.