Şorqoğal
Şorqoğal Azərbaycanın Novruz bayramı süfrələrinin ənənəvi şirniyyatlarından biridir. Qat-qat xəmirdən hazırlanan, ədviyyatlı içliyi olan duzlu bir qənnadı məmulatıdır.

Tərkib və addımlar
17 məhsul
Tarixi qeyd
Şorqoğal Azərbaycanın Novruz bayramı süfrələrinin ənənəvi şirniyyatlarından biridir. Qat-qat xəmirdən hazırlanan, ədviyyatlı içliyi olan duzlu bir qənnadı məmulatıdır.
6 addım
Xəmir hazırlanması: Balaca bir kasada mayanı ilıq suda həll edib təxminən 10 dəqiqə köpüklənməsi üçün gözləyin. Unu iri qaba ələyin, üzərinə duz əlavə edib qarışdırın. Ortasında bir çökək açıb maya qarışığı, süd, yumurta, və yağı əlavə edin. Əlinizlə bunları qarışdırın. Xəmiri unlanmış taxta (və ya masada) yumuşaq və elastik olana kimi, 10 dəqiqə yoğurun. Xəmiri iri qaba qoyub üzərini dəsmal ilə örtüb gəlməsi üçün isti yerə qoyun, təxminən bir saat yarımlıq.
İç hazırlanması: Cirə və razyana toxumunu 2 dəq. ətri çıxana qədər qovurun. Ədvaları həvəngdə döyün. Bir qabda yağdan başqa iç üçün nəzərdə tutulan bütün ərzaqları qarışdırın. Əridilmiş yağı buraya əlavə edib əlinizlə narın umac olana kimi ovxalayın.
Gələn xəmiri kündələyib 9 bərabər hissəyə ayırın. Hər hissəni kündələyin. Biraz un səpilmiş taxtada bir kündəni 50 sm.lik dairə alınanadək yayın. Yaydıqca arada un səpin ki, xəmir oxlova yapışmasın, yaymaq rahat olsun. Sonra yuxanı oxlov vasitəsilə kənara qoyun.
4 x.q yağı yuxanın üstünə çiləyib əlinizlə yayın. Qalan kündələrli də bu cür yayıb, üst-üstə yığın. Sonuncudan başqa hamısını yağlayın. İti bıçaqla, xəmirdən 5 sm enində zolaqlar kəsin, sonar isə zolaqları 30 sm. uzunluğunda düzbucaqlara kəsin. Dairənin qısa tərəflərini kəsməyin. Düzbucağın qısa tərəfindən başlayaraq onu rulet şəklində bükməyə başlayın.
Ruletin bir ucunu büzüb bağlayın, digər ucu açıq qalsın. Barmağınızla ruletin açıqqalan tərəfini oyun. İçi boş konus alınmalıdır. Oyuğun içinə bir x.q yarım içdən doldurun. Kökənin uclarını bir yerə gətirib bağlayın. Kökəni əlinizlə diametri 10 sm olanadək yastıladın.
Qoğalları bir-birindən aralı vəziyyətdə listlərə düzün. Əvvəlcədən sobanı 180°C-dək qızdırın. Qoğalların mərkəzində barmağınızla dəyaz boşluq açıb oraya bir çimdik iç qoyun. Qoğalların üstünə yumurtanın sarısını çəkin və xaşxaş səpin. 40 dəqiqə ərzində, və yaxud üstləri qızaranadək bişirin.
Çay ilə təqdim edilir.
Bu dadları peşəkar servis ilə yaşamaq istəyirsinizsə, növbəti addım tədbir planlamasıdır.
Xidmətlərimizlə bu dadları tədbirinizdə yaşadın.