Düşbərə
Düşbərə Azərbaycanın milli xörəklərindən biridir. Xüsusilə qış aylarında sevilən, isti və qidalı bir yeməkdir.

Tərkib və addımlar
11 məhsul
Tarixi qeyd
Düşbərə Azərbaycanın milli xörəklərindən biridir. Xüsusilə qış aylarında sevilən, isti və qidalı bir yeməkdir.
6 addım
Unu ələyib duz səpib yumurtanı sındırın və sudan töküb əvvəl qaşıqla sonra əllə qarışdırıb normal xəmir yoğurun.
Xəmirdən 3 kündə düzəldin. Nazik yuxadan bir az qalın yuxa yayın.
2×2 sm qalınlıqda kvadratlar kəsib 2-3 q içlikdən qoyub bükün.
Soğanı doğrayıb duz səpib yağda qızılı rəngdə olana qədər qızardın.
Qızardılmış soğanın üstünə suyu (bulyonu) əlavə edib duzunu tökün. Su (bulyon) qaynayanda bükdüyünüz düşbərələri tez-tez tək-tək suya tökün. Tökdükcə qarışdırın ki, bir birinə yapışmasın. Duzuna bir də baxın. 15-20 dəqiqə qaynadırın.
Hazır olana yaxın nanə qurusunu əlavə edin.
İsti halda, yanında sarımsaqla sirkə ilə təqdim edilir.
Bu dadları peşəkar servis ilə yaşamaq istəyirsinizsə, növbəti addım tədbir planlamasıdır.
Xidmətlərimizlə bu dadları tədbirinizdə yaşadın.