Şirniyyat

Şəkərbura

Şəkərbura Azərbaycanın Novruz bayramı süfrələrinin ənənəvi şirniyyatlarından biridir. Fındıq və ya badam içliyi ilə hazırlanan, üzəri naxışlarla bəzədilən şirin bir qənnadı məmulatıdır.

Ümumi Azərbaycan90-120 dəq36 ədəd12 məhsul
Şəkərbura
Resept qeydi
Hər addımı işarələyərək hazırlığınızı nəzarətdə saxlayın.
Hazırlıq paneli

Tərkib və addımlar

Tərkib hissələri

12 məhsul

0% hazır

Tarixi qeyd

Şəkərbura Azərbaycanın Novruz bayramı süfrələrinin ənənəvi şirniyyatlarından biridir. Fındıq və ya badam içliyi ilə hazırlanan, üzəri naxışlarla bəzədilən şirin bir qənnadı məmulatıdır.

Hazırlanma axını

6 addım

0% tamam
Addım 1

Xəmiri hazırlayın: Unu və kərə yağını geniş qaba qoyun və əlinizlə toz halına gələnə kimi yaxşıca ovun. Ayrı qabda yumurta sarısını, xamanı, duzu və vanil tozunu qaşıqla qarışdırın. Ayrı qabda toz mayanı, 1 x.q. unu, 1 x.q. şəkər tozunu qarışdırın. Üstünə 1/4 stəkan ilıq süd tökün. Qoyun kənarda təxminən 2 dəqiqə qalsın. Yumurta-xama qarışığını və mayalı qarışığını un-yağ qarışığına əlavə edin. Əlinizlə ərzaqlar qarışanadək xəmir yoğurun. Xəmiri kündələyin və üstünü örtərək 30-40 dəqiqəlik kənara qoyun.

Addım 2

İçliyi hazırlayın: Qovrulmuş və qabığı soyulmuş fındığı və ya qozu və yaxud qabığı soyulmuş badamı sürtkəcli maşından keçirin və narın üyüdün. Üstünə toz şəkəri, və ətirli olması üçün hil əlavə edib qarışdırın.

Addım 3

Dincəlmiş xəmiri hər biri 50 qram olmaq şərtilə 36 kündəyə bölün. Kündələrın qurumaması üçün, üstlərini örtün. Hər kündəni oxlovla diametri 10 cm olan kiçik dairələrə yayın.

Addım 4

Hər dairənin arasına 2 x.q. iç qoyun və dairəni yarım-ay şəklində bükün. Kənarlarını bərkidin. Sonra isə vintvari şəkildə bükün.

Addım 5

Şəkərburaları üstünə kalka kağızı sərilmiş listə yığın. Sonra isə şəkərburaların üstünü bir-bir maqqaşla bəzəyin.

Addım 6

Şəkərburaları 180°C dərəcəlik sobada təxminən 20 dəqiqə ərzində kənarları bir az qızarana kimi bişirin.

İrəliləyiş
Məhsullar0/12
Addımlar0/6
Təqdim təklifi

Çay ilə təqdim edilir.

Chef service

Bu dadları peşəkar servis ilə yaşamaq istəyirsinizsə, növbəti addım tədbir planlamasıdır.

Xidmətlərimizlə bu dadları tədbirinizdə yaşadın.