Balqabaq qutabı (kətə)
Balqabaq qutabı Azərbaycanın milli xörəklərindən biridir. Payızda balqabaq mövsümündə tez-tez hazırlanır.

Tərkib və addımlar
8 məhsul
Tarixi qeyd
Balqabaq qutabı Azərbaycanın milli xörəklərindən biridir. Payızda balqabaq mövsümündə tez-tez hazırlanır.
13 addım
Balqabağın qabığını soyub yuyun, xırda dördkünc doğrayın.
Az su töküb öz buğunda püre şəklinə düşənə qədər bişirin.
Soğanı xırda doğrayın.
Yağ və duz əlavə edib qızılı rəngdə olana qədər qovurun.
Sonra balqabağı əlavə edib qovurun.
Narı dənələyin. Onu da içliyə əlavə edib 5-10 dəqiqə qovurun.
İçliyə zövqə görə duz, istiot və darçın töküb qarışdırın. Tamam suyu çəkilənə qədər qovurub götürün. Sonra qaba boşaldın soyuyur.
Una su duz töküb əvvəlcə qaşıqla qarışdırın sonra normal xəmir yoğurun.
Xəmiri 6 hissəyə bölüb kündələyin.
Adi qaydada nazik yuxa yayın. Üstünə kasa qoyub dairəvi kəsin.
Dairələrin bir tərəfinə içlikdən qoyun.
Qatlayıb yanlarını bərkidin.
Hazır qutabları əvvəlcə sacda ya da tavada bişirin. Süfrəyə verildikdə yağda qızardın.
İsti halda, üzərinə kərə yağı sürtülərək təqdim edilir.
Bu dadları peşəkar servis ilə yaşamaq istəyirsinizsə, növbəti addım tədbir planlamasıdır.
Xidmətlərimizlə bu dadları tədbirinizdə yaşadın.