Rza Küftə
Rza Küftə, başqa adla Rizə Küftə, Azərbaycan milli mətbəxinin, xüsusilə İrəvan mətbəxinin qədim və ləzzətli yeməklərindən biridir.

Tərkib və addımlar
11 məhsul
Tarixi qeyd
Rza Küftə, başqa adla Rizə Küftə, Azərbaycan milli mətbəxinin, xüsusilə İrəvan mətbəxinin qədim və ləzzətli yeməklərindən biridir.
10 addım
Soğanla çəkilmiş qoyun ətinin üzərinə duz, istiot və darçın əlavə edib yaxşı qarışdırın.
Ətdən qoz boyda balaca küftəciklər düzəldin.
Tavada yağı qızdırıb küftəcikləri tavaya yığın.
Küftəciklərin hər tərəfini çevirib qızardın.
Şirəsi üçün baş soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayın.
Doğranmış soğanın üstünə yağ və duz əlavə edib qızılı rəngdə olana qədər qovurun.
Qovrulmuş soğanın üstünə pomidor püresini əlavə edib 2-3 dəqiqə qovurun.
Şəkər tozunu və limonun şirəsini əlavə edib 3-5 dəqiqə qarışdırıb götürün.
Şirəni qızartdığınız küftələrin üstünə əlavə edin. Yeməyi vam odda 10-15 dəqiqə bişirin.
Rza küftəni süfrəyə verdikdə zövqə görə üstünə xırda doğranmış keşniş və şüyüd səpilir.
Süfrəyə isti halda, xırda doğranmış keşniş və şüyüd ilə təqdim edilir.
Bu dadları peşəkar servis ilə yaşamaq istəyirsinizsə, növbəti addım tədbir planlamasıdır.
Xidmətlərimizlə bu dadları tədbirinizdə yaşadın.